|
|
|
|

Fevralın 28-də başlayan ABŞ/İsrail-İran müharibəsində yaralanan amerikalı əsgərlərin sayı açıqlanıb.
525.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaralanan amerikalı hərbçilərin sayı 415-ə yüksəlib. 13 əsgər isə həyatını itirib.
Məlumata görə, həyatını itirənlərdən 7-si Hərbi Hava Qüvvələrinin, 6-sı isə ordunun əsgərləridir. Bildirilib ki, xəsarət alanlardan 271-i quru qoşunlarında, 63-ü Hərbi Dəniz Qüvvələrində, 62-si Hərbi Hava Qüvvələrində, 19-u isə dəniz piyadalarında xidmət edir.
İbrahim Cəfərov



