|
|
|
|

Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar 9 mayda Baş nazir kimi and içəcək.
525.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
"Mayın 9-da Baş nazir kimi rəsmi andiçmə mərasimindən sonra, Budapeştdə təntənəli tədbir keçirəcəyik”, - Madyar bildirib.
Qeyd edək ki, “Tisa” partiyası 12 apreldə keçirilən seçkilərdə qalib gələrək parlamentdəki 199 yerdən 141-ni qazanıb.
Pərvanə Sultanova



