
Qlobal fond bazarlarında əsas indekslər son 24 saat ərzində fərqli istiqamətdə dəyişib.
525.az xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb. Dow Jones indeksi 0,69% artaraq 49 490,03 bəndə, S&P 500 indeksi 1,05% yüksələrək 7 137,90 bəndə, Nasdaq Composite indeksi isə 1,64% artaraq 24 657,57 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 0,22% artaraq 23 001,78 bənd, S&P/TSX Composite indeksi isə 0,43% yüksələrək 33 955,11 bənd olub.
Avropa fond bazarlarında Euro Stoxx 50 indeksi 0,41% azalaraq 5 906,22 bəndə, FTSE 100 indeksi 0,21% geriləyərək 10 476,46 bəndə, DAX indeksi 0,31% enərək 24 194,90 bəndə düşüb. CAC 40 indeksi 0,96% azalaraq 8 156,43 bənd, IBEX 35 indeksi isə 0,75% geriləyərək 18 006,40 bənd səviyyəsində qərarlaşıb.



