|
|
|
|

"Drujba" boru kəməri ilə neft tədarükünü bərpa edən Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməsinə mane olmağı dayandıracaq.
525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və Avropa işləri naziri Yuray Blanar bildirib.
“Aİ-dəki daimi nümayəndəmizə neftin fasiləsiz və razılaşdırılmış həcmdə tədarükü halında 20-ci Aİ sanksiya paketinin qəbul edilməsi üçün yazılı proseduru bloklamamağı tapşırdım”, - nazir deyib.
Daha əvvəl Aİ Şurasının Kipr sədrliyi Rusiyaya qarşı 20-ci sanksiya paketinin və Kiyev üçün 90 milyard avro maliyyələşdirmənin Aİ səfirləri tərəfindən təsdiqləndiyini bəyan edib. Yazılı prosedurdan sonra tezliklə xarici işlər nazirləri səviyyəsində təsdiqləmə olacaq.
Pərvanə Sultanova



