|
|
|
|

İranda qapalı qalan Türk Hava Yollarına (THY) məxsus təyyarə 55 gündən sonra vətənə qayıdıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri endirməsi və bunun ardınca İranın hava məkanını bağlaması səbəbindən TC-JZG qeydiyyatlı “Boeing 737-8F2” sərnişin təyyarəsi Tehranın İmam Xomeyni hava limanında qalıb.
Nəhayət bu gün THY-yə məxsus təyyarə 3 saat 37 dəqiqəlik uçuşdan sonra Türkiyə vaxtı ilə saat 17:21-də İstanbul Hava Limanına eniş edib.
55 gündür uçuş həyata keçirməyən təyyarənin İstanbula yolda düşməzdən əvvəl bütün texniki baxımlardan keçdiyi bildirilib.
İbrahim Cəfərov



