|
|
|
|

ABŞ-ın Corciya ştatının müxtəlif yerlərində meşə yanğınları başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sürətlə yayılan yanğın 27 min hektar ərazini külə çevirib.
İndiyədək 54 ev külə dönüb, 1000-ə yaxın ev isə yanğın təhlükəsi ilə üzləşib.
100 yanğınsöndürən alovla mübarizəni davam etdirir. Yanğın təhlükəsi səbəbindən bəzi sakinlər təxliyə edilib.
Corciya qubernatoru Brayan Kemp ştatın bütün 91 əyalətində fövqəladə vəziyyət elan edib.
Alovun söndürülməsi istiqamətində işlər davam edir.
İbrahim Cəfərov



