|
|
|
|

Dünyada fəlakətli aclıqla üzləşən insanların sayı 2016-cı ildən bəri doqquz dəfə, kəskin aclıq halları isə ikiqat artıb.
525.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da daxil olmaqla müvafiq agentlikləri tərəfindən hazırlanmış illik Qlobal Ərzaq Böhranları Hesabatında (GRFC) qeyd olunur.
Kəskin aclıq halları son on ildə ikiqat artıb və 2025-ci ildə hesabat tarixində ilk dəfə olaraq Qəzza zolağında və Sudanın bəzi hissələrində eyni vaxtda iki fəlakətli aclıq elan edilib. On ölkə - Əfqanıstan, Banqladeş, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya, Pakistan, Cənubi Sudan, Sudan, Suriya və Yəmən kəskin aclıqla üzləşən ümumi əhalinin üçdə ikisini təşkil edir.
Əfqanıstan, Cənubi Sudan, Sudan və Yəmən kəskin qida təhlükəsizliyi ilə üzləşən insanların həm nisbəti, həm də mütləq sayı baxımından ən böyük ərzaq böhranı yaşayan ölkələrdir.
Hesabata görə, 2025-ci ildə 47 ölkədə ümumilikdə 266 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib ki, bu da əhalinin təxminən 23 faizini təşkil edir. Təkcə 2025-ci ildə 35,5 milyon uşaq kəskin qidalanma problemindən əziyyət çəkib, o cümlədən təxminən 10 milyon uşaq daha ağır qida çatışmazlığı problemi ilə üzləşib.
Pərvanə Sultanova



