|
|
|
|

ABŞ prezidenti Donald Tramp bu həftə sonu xüsusi nümayəndəsi Stiv Uitkofu və kürəkəni Cared Kuşneri İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparmaq üçün Pakistana göndərir.
525.az xəbər verir ki, bu barədə CNN iki administrasiya rəsmisinə istinadən məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Vitse-prezident J.D. Vens hazırda danışıqlarda iştirak etməyi planlaşdırmır, çünki İran nümayəndə heyətinin rəhbəri olan parlamentin sədri Məhəmməd Baqer Qalibaf da görüşə qatılmayacaq. Lakin danışıqlar irəliləyərsə, vitse-prezident Vens İslamabada uçmaq üçün hazırlıq vəziyyətində olacaq və onun heyətinin üzvləri Pakistanda olacaqlar.
CNN qeyd edir ki, Kuşner və Uitkoff bir neçə aydır ki, İran rəsmiləri ilə Tehranın nüvə materialları ilə bağlı potensial razılaşma üzərində işləyirlər.
Pərvanə Sultanova



