|
|
|
|

“İsrail ordusu Livan ərazisində yaranan təhdidlərə qarşı tam hərəkət azadlığını qoruyub saxlayır”.
525.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Biz İsrail və Livan arasında tarixi sülhə nail olmaq prosesinə başlamışıq və aydındır ki, “Hizbullah” bunun qarşısını almağa çalışır. Livanda yaranan təhlükələr də daxil olmaqla, istənilən təhdidə qarşı tam hərəkət azadlığını qoruyub saxlayırıq", - Netanyahunun ofisi tərəfindən yayımlanan Baş naziriiin videomüraciətdə deyilir.
O əıavə edib ki, dünən və bu gün Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirilib:
“Biz İsrailin şimalındakı sakinlərin təhlükəsizliyini bərpa etməkdə qətiyyətliyik”.
O, İran məsələsinə də diqqət çəkib və Trampla tam əməkdaşlıq şəraitində hərəkət etdiklərini deyib.
Pərvanə Sultanova



