|
|
|
|

Rusiya Kontinental Hokkey Liqasının pley-off mərhələsində maraqlı an baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay Qaqarin Kubokunun yarımfinal mərhələsində "Lokomotiv" - "Avanqard" ikinci qarşılaşmasında yaşanıb.
Belə ki, 1-ci hissənin sonunda hakim meydandakı oyunçuların hamısını dava-dalaş saldıqları üçün meydandan qovub. Ədalət təmsilçisi yalnız "Avanqard"ın qapıçısı Nikita Serebryakova toxunmayıb.
Qeyd edək ki, oyun "Avanqard"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da "Avanqard" 5:2 hesabla qalib gəlmişdi.
Yeri gəlmişkən, reqlamentə əsasən 4 qələbə qazanan komanda mərhələnin qalibi olacaq.
L.Tağıyeva



