|
|
|
|

Kolumbiyanın cənub-qərbində, Kajibio şəhərində partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, panamerikan şossesində suötürücü boruya yerləşdirilən partlayıcı qurğu avtomobillərin keçdiyi zaman işə salınıb.
Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu vaxtda baş verib.
Partlayışın gücü ətrafdakı digər avtomobillərə də ziyan vuraraq magistral yolda böyük tıxac yaradıb.
Partlayışda 14 nəfər ölüb, 38 nəfər isə yaralanıb.
İbrahim Cəfərov



