|
|
|
|

"Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası prosesi yaxın vaxtlarda davam etdiriləcək”.
525.az xəbər veir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan sərhədçilərinin xidmət etdiyi 12 kilometrlik sərhəd hissəsinin Azərbaycanla razılaşdırılmasından iki il keçib. Bu, çox vacib və unikal bir vəziyyətdir. Bu, Ermənistan və Azərbaycan sərhədçilərinin dəbilqə və zirehsiz birgə xidmət etdikləri və “maqazinlərin” avtomatlarda saxlanılmadığı hissədir", - Baş nazir deyib.
Əlavə edib ki, sərhəd qoşunları sülhün simvoludur. Çünki sərhədçilərin yerləşdiyi hər yerdə sülhün hökm sürəcəyi ehtimal olunur.
O deyib ki, Gürcüstanla da sərhədin delimitasiyası prosesinin başa çatdırılması gündəliyə daxil edilib.
Pərvanə Sultanova



