|
|
|
|

Türkiyənin Malatya şəhərində zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Malatyanın Battalgazi rayonunda 3.9 bal gücündə zəlzələ olub.
Yerli vaxtla saat 15:41-də baş verən zəlzələ 13,27 km dərinlikdə qeydə alınıb.
Bir dəqiqə sonra, saat 15:42-də 4.4 bal gücündə ikinci zəlzələ baş verib. Bu zəlzələnin dərinliyi 16,36 km olub.
İbrahim Cəfərov



