|
|
|
|

Nigeriyanın Kogi əyalətində uşaq evinə silahlı basqın olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kogi əyalətinin informasiya və kommunikasiya üzrə komissarı Kingsley Femi Fanvo bildirib.
O, Lokoja şəhərindəki uşaq evinə silahlı hücumun baş verdiyini bildirib: “Hücum zamanı 23 nəfər qaçırılıb. Hücumdan dərhal sonra təhlükəsizlik qüvvələri əməliyyata başlayıb. Əməliyyat zamanı 15 nəfər xilas edilib. Qaçırılan digər şəxslərin tapılması üçün bölgədə əməliyyatlar davam etdirilir”.
İbrahim Cəfərov



