|
|
|
|

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 14-15 may tarixlərində Hindistanda səfərdə olacaq.
525.az xəbər verir ki bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, Lavrov Hindistanda BRICS Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Zaxarova əlavə edib ki, Hindistanın sədrliyi altında keçiriləcək qarşıdan gələn tədbir beynəlxalq gündəmdəki aktual məsələlərin, qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi perspektivləri və digər məsələlərin hərtərəfli müzakirəsi üçün yaxşı fürsət olacaq.
"BRIKS-in 18-ci Zirvə görüşünə hazırlıq kontekstində strateji tərəfdaşlığın inkişafı üçün əlavə addımlara xüsusi diqqət yetiriləcək. Sammit bu ilin sentyabr ayında Yeni Dehlidə keçiriləcək", - o bildirib.
Pərvanə Sultanova



