|
|
|
|

Rusiyanın Buryutiya Muxtar Respublikasında mədən sahəsində yol tikintisi işləri zamanı qar uçqunu baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 9 işçi qar altında qalıb. Onlardan üç nəfəri xilas ola bilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin 60-a yaxın əməkdaşı qar altında qalan 6 işçinin axtarışına başlayıb. Gün ərzində davam edən axtarış-xilasetmə əməliyyatları zamanı daha bir uçqun baş verib, lakin xilasetmə qrupları bundan xilas ola biliblər. Sonradan uçqun altında qalan 6 işçinin cəsədi tapılıb.
Rusiya İstintaq Komitəsi və Buryutya Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
İbrahim Cəfərov



