|
|
|
|

Belarus prezidenti Aleksandr Lukaşenko ilə İran prezidenti Məsud Pezeşkian arasında Tehran tərəfinin təşəbbüsü ilə telefon danışığı baş tutub.
525.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Məsud Pezeşkian həmkarını Fars körfəzi bölgəsindəki vəziyyət, eləcə də Tehranın ABŞ-la danışıqlardakı mövqeyi barədə məlumatlandırıb.
Qeyd olunub ki, sülh razılaşmasının əldə edilməsinə əsas maneə etimadsızlıqdır.
Belarus lideri ölkəsinin münaqişənin tezliklə həllində maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində İran prezidenti prinsipial və ardıcıl mövqeyinə görə Aleksandr Lukaşenkoya təşəkkür edib.
Pərvanə Sultanova



