|
|
|
|

“Rusiya prezidenti hələ may ayında atəşkəs elan edilməsi barədə qərar qəbul etməyib”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik biz 9 may Qələbə Günü haqqında danışırıq, amma atəşkəsin dəqiq nə vaxt qüvvəyə minəcəyini və nə vaxt bitəcəyini prezident müəyyən edəcək. Hələlik konkret qərarlar qəbul edilməyib", - o bildirib.
Peskov vurğulayıb ki, Kreml Kiyevin Qələbə Günündə atəşkəs elan etmək təklifinə reaksiyasını bilmir.
Pərvanə Sultanova



