|
|
|
|

Cənubi Koreyada yaşayış binasında yanğın olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Seul yaxınlığındakı Uivanqda 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yanğın baş verib. Hələlik yanğının səbəbi məlum deyil.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibbi briqadalar göndərilib, təxminən iki saatdan sonra yanğını söndürmək mümkün olub.
Yanğın zamanı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Həyatını itirənlər 60 yaşlı kişi və onun 50 yaşlı həyat yoldaşıdır.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov



