|
|
|
|

Fransanın Esson bölgəsindəki Juvisy-sur-Orge şəhərində sərnişinləri daşıyan avtobus Sena çayına düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun yol kənarında dayanmış avtomobillə toqquşması qəzaya səbəb olub.
Çaya aşarkən nəqliyyat vasitəsində sürücü və üç sərnişin olub. Onların hamısı xilas edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov




