|
|
|
|

"İran hakimiyyəti həmişə dialoqa hazırdır, amma bunu yalnız rasional mövqedən aparmaq məntiqlidir”.
525.az xəbər verir ki, bunu İran məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsəni-Ecei bildirib.
"İran heç vaxt danışıqlardan yayınmayıb. Biz həmişə danışıqları alqışlamışıq, ancaq yalnız məntiqə və ağıla əsaslanan danışıqları. Biz təzyiqi və ya tətbiq edilən şərtləri qəbul etmirik", o deyib.
Onun sözlərinə görə, İranın düşmənləri döyüş meydanında təhdidlərlə məqsədlərinə çata bilməyiblərsə, danışıqlar masasında da uğur qazana bilməyəcəklər.
Məhkəmə sisteminin rəhbəri bildirib ki, İran hakimiyyəti ABŞ və İsrailin hücumu ilə əlaqədar beynəlxalq arena da daxil olmaqla, hüquqi tədbirləri davam etdirəcək və cavahdeh şəxslərin məsuliyyətə cəlb etmək və kompensasiya almaq niyyətindədir.
Pərvanə Sultanova



