|
|
|
|

İngiltərənin "Mançester Yunayted" komandasının sabiq çalışdırıcısı Ser Aleks Ferqusson dünən xəstəxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünən "Old Trafford"da keçirilən "Mançester Yunayted" - "Liverpul" matçı zamanı özünü pis edib.
Xəstəxanaya yeləşdirilərkən onun huşu üstündə olub. Yeganə məlum olan budur ki, Ferqusson həkim müayinəsindən keçib və vəziyyəti normallaşıb.
Yeri gəlmişkən, oyun 3:2 hesabı ilə "Mançester Yunayted"in xeyirinə başa çatıb.
L.Tağıyeva



