|
|
|
|

İndiana ştatının İndianapolis şəhərində məktəblərin birinin buraxılış gecəsində silahlı insident yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə dünən gecə baş verib. Olay yerinə gələn polis 2 nəfər yaralını xəstəxanaya çatdırsa da, onlardan biri keçinib. Sonradan məlum olub ki, digər 2 yaralı özləri xəstəxanaya müraciət ediblər.
Hadisənin motivləri bəlli deyil, kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.
L.Tağıyeva



