|
|
|
|

Filippinin şərqindəki Samar adasında 6 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Zəlzələ Samar adasının şimal-qərbindəki Nena bölgəsində baş verib.
73,3 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar ölkənin şərq sahilindəki digər yaşayış məntəqələrində də hiss olunub.
Zəlzələdən sonra heç bir itki və ya dağıntı barədə məlumat verilməyib.
İbrahim Cəfərov



