|
|
|
|

Avropa Siyasi Birliyinin iclası üçün Ermənistanın paytaxtı İrəvana gedən İspaniya Baş naziri Pedro Sançezin təyyarəsində texniki nasazlıq yaşanıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də , A310 təyyarəsi Ankaraya təcili eniş etməli olub.
Nasazlığın ciddi olmadığı bildirilir. Gecəni Esenboğa Hava Limanı Dövlət Qonaq Evində keçirən Sançez, səfərinə İspaniyadan göndərilən yeni təyyarə ilə davam edəcək.
İbrahim Cəfərov



