|
|
|
|

İranın hücumları nəticəsində heç bir Amerika gəmisinə zərər dəyməyib.
525.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” hesabında məlumat verib.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi vurulmayıb. ABŞ qüvvələri "Azadlıq Layihəsi" əməliyyatını həyata keçirir və İran limanlarına dəniz blokadasını tətbiq edir", - komandanlıq açıqlamasında bildirib.
Bundan əvvəl "Fars" xəbər agentliyi İran qüvvələri xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazından keçməyə çalışan bir Amerika gəmisinə raket zərbələri endirildiyini yazıb. Qeyd olunub ki, iki raket hədəfə dəyib və gəmi geri qayıtmağa məcbur olub. "Axios"un əməkdaşı isə ABŞ rəsmisinə istinadən gəminin vurulmasını təkzib edib.
Pərvanə Sultanova



