|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan və Birləşmiş Krallığın Baş naziri Keir Starmer Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında bildirib.
“Bu gün imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə biz ortaq dəyərlərə və gücləndirilmiş əməkdaşlığa əsaslanan münasibətlərimizdə yeni və perspektivli bir səhifə açırıq”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, Baş nazir Starmer Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistanda səfərdədir.
Pərvanə Sultanova



