|
|
|
|

Türkiyənin İğdır vilayətində arılar qoyun sürüsünə hücum ediblər.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 min baş xırdabuynuzlu heyvandan təxmini 400-ü tələf olub.
Hadisə Hakmehmet və Ağaver kəndləri arasındakı ərazidə baş verib. Yaylağa aparılan sürü 200-ə yaxın arı ailəsini narahat edib və həşəratlar qoyunlara hücum ediblər. Yüzlərlə qoyunun ölümünə səbəb isə, tam fərqli məqam səbəb olub. Belə ki, sürüdə basabas yaranıb və qoyunlar yaxınlıqdakı suvarma kanalına düşüblər. Nəticə isə bəllidir, tələf olan qoyunların demək olar ki, hamısı boğulub.
Qeyd edək ki, arıların hücumundan çobanlar da zərər görüblər. 5 nəfər arı sancması ilə xəstəxanaya yerləşdirilib.
L.Tağıyeva



