|
|
|
|

Egey dənizində yük gəmisi batıb.
525.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan dövlət televiziyası ERT məlumat yayıb.
Bildirilib ki, gəmi səhər saatlarında Egey dənizindəki Andre adası sahillərində qayalara çırpılıb. Məlumatda qeyd olunub ki, gəmi Albaniyadan Ukraynaya 8000 ton qazlı içki daşıyırmış.
Vanuatu bayrağı altında üzən gəmidə olan 1 azərbaycanlı və 8 türkiyəlidən ibarət 9 heyət üzvü olub. Onlar Yunanıstan Sahil Mühafizəsi bölmələri tərəfindən xilas edilərək Andre adasına aparılıb.
İbrahim Cəfərov



