|
|
|
|

Niderlandda hakim D66 partiyasının qərargahında partlayış törədilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə Bakı vaxtilə 23.00-da baş verib.
Naməlum şəxsin Haaqadakı qərargahın girişindəki poçt qutusuna qoyduğu fişənglərdən hazırlanmış partlayıcının işə düşməsi nəticəsində xəsarət alan olmayıb. Bu barədə D66-nın lideri və Niderlandın baş naziri Rob Yetten açıqlamasında bildirib.
Qeyd edək ki, yerli polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi həbs etdiyi barədə məlumat yayıb.
L.Tağıyeva



