|
|
|
|

Slovakiya hökuməti dünən Bakı vaxtı ilə 17.00-dan etibarən Ukrayna ilə bütün sərhəd-keçid məntəqələrini başlayıb.
525.az xəbər verir ki, bu barədə yerli Dennik N portalı məlumat yayıb.
Məntəqələrin təhlükəsizliklə əlaqədar qapadıldığı bildirilsə də, təfərrüatı açıqlanmayıb. Nə vaxt açılacağı barədə də bilgi verilmir.
Qeyd edək ki, bu iki dövlət arasında 5 sərhəd-keçid məntəqəsi var. Onlardan biri vətəndaşlar, ikisi avtomobillər, ikisi isə qatarlar üçün nəzərdə tutulub.
L.Tağıyeva



