|
|
|
|

Moskvanın mərkəzində, Sülh prospektində "İnfiniti" markalı avtomobil yüksək sürətlə avtobus dayanacağına çırpılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Qəza zamanı dayanacaqda 10-a yaxın avtobus gözləyən sərnişin olub. Onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
L.Tağıyeva



