|
|
|
|

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper iyunun əvvəlində Çinə səfər edəcək.
525.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
2-3 iyun tarixlərinə planlaşdırılan səfər zamanı Kuper Pekində çinli həmkarı Van İ ilə danışıqlar aparacaq, daha sonra biznes nümayəndələri ilə görüşlər keçirmək üçün cənub texnologiya mərkəzi olan Şençjen şəhərinə gedəcək.
Mənbələri hesab edir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa prosesinin başlamasının səfərə mane olması ehtimalı azdır. Starmer yanvar ayında Çinə səfər edib və ölkə lideri Si Cinpin ilə danışıqlar aparıb. Böyük Britaniya və Çin arasında əksəriyyəti ticarətlə bağlı olan 10 saziş imzalanıb. Starmer səkkiz il ərzində Çinə səfər edən ilk Britaniya Baş naziri olub.
Pərvanə Sultanova



