|
|
|
|

Ermənistanda Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı videonun yayılması ilə bağlı cinayət işi başlanıb.
525.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib ki, həmin vedoda Baş nazir ictimai-siyasi fəaliyyəti və siyasi baxışlarına görə real sui-qəsd təhlükəsi ilə hədələnib.
"Bir qrup şəxs tərəfindən qətlin hazırlanması, kompüter təxribatı və odlu silah və sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi başlanıb. Cinayətkarların müəyyən edilməsi üçün ilkin araşdırma aparılır", - Avdalyan qeyd edib.
Xatırladaq ki, internetdə yayılan videoda Paşinyana müraciət edən bir neçə maskalı - "Nikol, cavab verməlisən. Hara getdiyini, hansı küçələrdə gəzdiyini bilirik. Səni öldürəcəyik, Nikol", - deyiblər. Nikol Paşinyan isə onları könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmağa çağırıb.
Pərvanə Sultanova



