|
|
|
|

Rusiyanın "Zenit" komandasının serbiyalı legioneri Straxinya Erakoviç 2025/2026-cı illər mövsümündə 2 ölkənin çempionu adını qazanıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Rusiya və Serbiya birinciliklərinin qızıl medallarını qazanıb.
Erakoviç müqavilə ilə "Zenit"ə məxsusdur. Bu ilin fevralına kimi Sankt-Peterburq təmsilçisinin heyətində 19 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Fevralda icarə əsasında Belqradın "Srvena Zvezda" komandasına keçib. Burada da 19 oyunda iştirak edib və 1 qol vurub. Cari mövsüm "Zenit" Rusiya, "Srvena Zvezda" isə Serbiya çempionu adını qazanıb. Hər iki komandada oynayan Erakoviç də həmçinin.
Qeyd edək ki, müdafiəçi bu ilin avqustun 31-ə kimi Serbiya klubunda çıxış edəcək. Daha sonra "Zenit"ə qayıdacaq.
L.Tağıyeva



