|
|
|
|

Nigeriyanın Katsina əyalətinin Bakori bölgəsində mülki şəxslərə qarşı silahlı hücum təşkil edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Həmçinin bir çox ev yandırılıb, mal-qara və ərzaq malları talan edilib.
Xatırladaq ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan “Boko Haram” və ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalır.
İbrahim Cəfərov



