|
|
|
|

Yaponiyanın cənub-qərb sahillərində 5,9 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Kaqoşima bölgəsinin Vadomari şəhərindən 8 kilometr şərqdədir.
5,9 bal gücündə zəlzələ təxminən 42 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələdən sonra tələfat və dağıntı olmayıb, sunami xəbərdarlığı da verilməyib.
İbrahim Cəfərov



