|
|
|
|

Çində leysan yağışlar və daşqınlar nəticəsində 22 nəfər həyatını itirib.
525.az Çin mətbuatına istinadən xəbər verir ki, leysan yağışlar ölkənin müxtəlif bölgələrinə təsir edib.
Çinin cənubundakı Hunan əyalətində daşqınlar nəticəsində 5 nəfər ölüb, 11 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədə 19 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Quyçjou əyalətində həddindən artıq yağış səbəbindən bəzi yollar və binalar su altında qalıb, 3700-dən çox insan bölgədən təxliyə edilib.
Daşqınlarda 4 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
Hubey əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda 3 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Quanqsi Çjuanq Muxtar Bölgəsində isə yük maşınının daşqınlar nəticəsində çaya aşması nəticəsində 10 nəfər ölüb.
İbrahim Cəfərov



