|
|
|
|

“ABŞ-ın hərəkətləri Vaşinqtonun müharibəni yenidən alovlandırmağa çalışdığını göstərir, amma İran silahlı qüvvələri də atəşkəs müddətində hazırlıq görüb”.
525.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.
"Düşmənin açıq və gizli hərəkətləri onun müharibənin yeni mərhələsinə can atdığını göstərir", - Qalibaf deyib.
Əlavə edib ki, İran silahlı qüvvələri atəşkəs dövründə vaxt itirməyib və istənilən ssenarilərə hazırlaşıb. Onun sözlərinə görə, ölkənin silahlı qüvvələri ABŞ ilə atəşkəsdən silah ehtiyatlarını bərpa etmək və artırmaq üçün istifadə edib.
Pərvanə Sultanova



