|
|
|
|

"Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır və bu məqsədə nail olunması balanslaşdırılmış xarici siyasət prosesini tamamlayacaq".
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.
"Əminəm ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədinə çatacağıq. Bu, o deməkdir ki, xarici siyasətin balanslaşdırılmasına prosesi başa çatacaq və Ermənistan üçün yeni imkanlar yaranacaq", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Türkiyə ilə münasibətlərin olmaması özlüyündə xarici siyasət münasibətlərindəki asimmetriyanı göstərir:
“Əgər Türkiyə ilə münasibətlərimiz yoxdursa, bu, bəzi münasibətlərin qeyri-mütənasib və balanssız olması deməkdir. Bu balansı bərpa etmək üçün Ermənistan təkcə Türkiyə və Azərbaycanla deyil, bütün dövlətlərlə münasibətlərini qorumalıdır. Bu, şıltaqlıq məsələsi deyil, biz Türkiyə, Azərbaycan və ümumiyyətlə bütün dövlətlərlə münasibətlərimizi saxlamalıyıq”.
Pərvanə Sultanova



