|
|
|
|

İndoneziyanın Papua bölgəsindəki bir balıqçı kəndində İkinci Dünya müharibəsi dövrünə aid olduğu güman edilən sursat partlayışa səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.
Bu barədə Papua polisinin sözçüsü Cahyo Sukarnito məlumat verib.
"Partlayışın mənbəyi böyük ehtimalla, İkinci Dünya müharibəsindən qalma bomba və ya minaatan mərmisidir”, - deyə o bildirib.
C.Sukarnito 3 nəfərin itkin düşdüyünü, bəzi insan qalıqlarının tapıldığını, lakin onların şəxsiyyətinin hələ müəyyən olunmadığını əlavə edib.
İbrahim Cəfərov



