|
|
|
|

Cənubi Koreyanın müdafiə və aerokosmik şirkəti “Hanwha Aerospace” tərəfindən idarə olunan zavodda partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Daejeon şəhərində raket yanacağı istehsalı müəssisəsində baş verən partlayışda 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Səlahiyyətlilər ağır yanıqlar səbəbindən yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.
Cənubi Koreya prezidenti Li Jae Myunq partlayışın səbəbinin dərhal araşdırılması ilə bağlı göstəriş verib.
İbrahim Cəfərov



