|
|
|
|

Avropa İttifaqı Şurası “Qlobal Sumud Donanması” iştirakçılarının hüquqlarının pozulmasında rol oynayan İsrailin Baş naziri Binyamin Netanyahunun hakim koalisiyasının üzvlərinə qarşı sanksiyalar üzərində işə başlamağı planlaşdırır.
525.az xəbər verir ki, bu barədə Euractiv portalı 18-19 iyunda keçiriləcək Zirvə toplantısının layihə sənədinə istinadən məlumat yayıb.
“Qlobal Sumud Donanması” əməliyyatı aprel ayında başlayıb. İştirakçılar məqsədlərinin İsrailin Qəzzaya qarşı dəniz blokadasını qırmaq və daimi dəniz humanitar dəhlizi yaratmaq olduğunu bildiriblər. 18 mayda yerli media ordu qüvvələrinin İsrail sahillərindən yüzlərlə kilometr aralıda beynəlxalq sularda donanmanın gəmilərini ələ keçirməyə başladığını bildirib.
Sənəd layihəsində Aİ beynəlxalq sularda Sumud donanması iştirakçılarının saxlanılması zamanı pis rəftara məruz qalmalarını qınayıb. Mətndə deyilir ki, Aİ xarici işlər nazirləri "bu cür insan haqları pozuntularına təhrik edən və asanlaşdıran nazirlərə qarşı məhdudiyyətlər üzərində işləməlidirlər. Bu, xüsusilə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə aiddir.
Portal yazır ki, sanksiyaların qəbul edilməsi üzv dövlətlər arasında yekdillik tələb edəcək. Bolqarıstan və Çexiya buna qarşıdır. Zirvə görüşünün bəyanatı yenidən nəzərdən keçirilə bilər və istənilən sanksiya paketinin qəbul edilməsi üçün bütün Aİ hökumətlərinin razılığı tələb olunacaq.
Pərvanə Sultanova



