|
|
|
|

“Rusiya tərəfindən Ermənistanın kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər qoyulması siyasi qərar və səhv addımdır. Bu, insanları Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı qoyur”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.
“Mən hesab edirəm ki, bu səhv addım insanlarda Aİİ barədə mənfi rəy yaradır. Aİİ-də yüksək vəzifəli bir məmur olaraq bunu problem sayıram. Düşünürəm ki, məhsul qadağası ilə bağlı probeım həllini tapacaq”, - Paşinyan söyləyib.
Əlavə edib ki, "Rosselxoznadzor"un Ermənistandan gələn bir sıra məhsulların fitosanitar normalara uyğun gəlməməsi barədə açıqlamasına diqqət çəkərək deyib ki, bu cür problemlər Rusiya da daxil olmaqla hər yerdə ola bilər: “Amma bizim çox yaxşı nəzarət sistemimiz var və kənd təsərrüfatı məhsullarımızın keyfiyyətini artırmağa davam edirik".
Pərvanə Sultanova



