|
|
|
|

"Tayvan boğazının hər iki tərəfi vahid və eyni Çinə məxsusdur".
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəmi nümayəndəsi Mao Nin brifinqdə deyib.
O bildirib ki, boğazın hər iki tərəfindəki bütün Çin xalqı ölkənin ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün ortaq bir məsuliyyət daşıyır.
Qeyd edək ki, diplomat bu açıqlamanı Tayvan hakimiyyətinin Yaponiya və Filippin arasında “dəniz sərhədlərinin delimitasiyası” ilə bağlı danışıqların başlanmasını təsdiqlədikdən sonra verib. Daha əvvəl adıçəkilən ölkələr Tayvanın şərqindəki dəniz ərazisinin delimitasiyasına başlanacağını elan ediblər.
Pərvanə Sultanova



