|
|
|
|

İtaliyanın cənub-qərbindəki Kalabriya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Zəlzələ Kalabriya sahillərindən təxminən 40 kilometr aralıda qeydə alınıb.
Yerli medianın verdiyi məlumata görə, güclü zəlzələdən sonra aparılan ilkin araşdırmalar heç bir itki və ya dağıntı olmadığını göstərsə də, yeraltı təkanlar Kalabriya, Siciliya və Apuliya kimi bölgələrin sakinləri arasında narahatlıq yaradıb.
İbrahim Cəfərov



