|
|
|
|

Polşanın paytaxtı Varşavada gecə saatlarında mağazalarda və yanacaqdoldurma məntəqələrində spirtli içkilərin satışını qadağan edən qayda qüvvəyə minib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər Varşavanın iki mərkəzi rayonunda tətbiq edilən gecə spirtli içki satışı qadağası bütün şəhərə şamil edilib. Qadağaya əsasən, yerli vaxtla saat 22:00 ilə 06:00 arasında mağazalarda və yanacaqdoldurma məntəqələrində spirtli içki satışı mümkün olmayacaq.
Varşava Şəhər Şurası bu məsələ ilə bağlı ictimai məsləhətləşmələrdə təxminən 9 min nəfərin iştirak etdiyini və məhdudiyyətlərin 80 faizdən çox şəxs tərəfindən dəstəklədiyini açıqlayıb.
“Ən çox qeyd edilən səbəblər təhlükəsizlik, gecə sükutun qorunması və ictimai asayişi pozan hadisələrin azaldılmasıdır”, - deyə Şuranın açıqlamasında qeyd edilib.
Qeyd edək ki, qadağa restoranlara, kafelərə və ya hava limanına şamil edilmir.
İbrahim Cəfərov



