|
|
|
|

ABŞ Prezidenti Donald Tramp 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır.
525.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Sinqapur səfəri zamanı “Bloomberg TV”yə açıqlama verən Türkiyənin xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara Zirvəsində iştirakı ilə bağlı suala cavab olaraq deyib: "Bildiyimiz qədəri ilə, bəli, iştirak etməyi planlaşdırır".
Hakan Fidan əlavə edib ki, ABŞ lideri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə telefonla danışığı zamanı Xirvədə iştirak edəcəyini bildirib.
İbrahim Cəfərov



