|
|
|
|

Beynəlxalq Qılıncoynatma Federasiyası (FİE) Rusiya və Belarus idmançılarına, eyni zamanda rəsmi şəxslərinə qoyduğu qadağanı aradan qaldırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
2022-ci ildə verilən qərarın ləğvi indən belə idmançıların, rəsmi şəxslərin fərdi və komanda şəklində FİE bayrağı altında keçiriləcək bütün turnirlərdə iştirakına yaşıl işıq yandırıb.
Qeyd edək ki, Rusiya və Belarus qılıncoynadanları gələn ayın 22-dən 30-a kimi Banqkonqda keçiriləcək dünya çempionatında iştirak edə biləcəklər.
L.Tağıyeva



