|
|
|
|

Məşhur braziliyalı futbolçu Pelenin 1958-ci ildə keçirilən mundialın finalında geyindiyi forma Nyu-Yorkda hərraca çıxarılacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Sotheby's" Hərrac Evi dünən məlumat yayıb.
Pelenin 17 yaşındakı 10 nömrəli forması iyulun 1-dən etibarən "Sotheby's"in Manhettendəki qərargahında təqdim ediləcək, hərrac isə iyulun 16-a nəzərdə tutulub. Formanın ilkin qiyməti 6 milyon dollar olacaq.
Bu isə o deməkdir ki, hərracın gedişində futbolka dünyada ən bahalı forması adını qazana bilər. Hazırda ən bahalı forma məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı ildəki mundialın finalında geyindiyi köynəkdir. Həmin futbolka 9,3 milyon dollara satılıb.
Yeri gəlmişkən, Pele 1958-ci ildəki finaldan sonra formasını komanda yoldaşı Didaya hədiyyə etmişdi. Bundan 44 il sonra isə Didanın ailəsi onu hərraca çıxarmışdı. O vaxt formanın neçəyə satıldığı gizli saxlanılmışdı.
L.Tağıyeva



